Sabirabadda maskalı şəxslər evə <span style="color:red;">BASQIN ETDİ
18 mart 2016 11:47 (UTC +04:00)

Sabirabadda maskalı şəxslər evə BASQIN ETDİ

 

 

Sabirabad rayonunda yaşayış evinə basqın olub.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən 2 maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək mənzildən pul aparıblar.  

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Ə. Əsədovun qohumları Ceyhun Qurbanov və Vüqar Qurbanov olmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar