Sabirabadda bəxdbəxt hadisə: [b]23 yaşlı qız öldü[/b]
31 oktyabr 2015 10:06 (UTC +04:00)

Sabirabadda bəxdbəxt hadisə: [b]23 yaşlı qız öldü[/b]

0

Sabirabadda 23 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Zəhra Zaur qızı bu gün səhər saat 6.00 radələrində ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili yardım göstərilsə də, o, bir neçə dəqiqədən sonra keçinib.

 

Z. Məmmədovanın dərman zəhərlənməsindən öldüyü ehtimal olunur.

 

Ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə təhvil verilib.   

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar