Sabirabadda avtoqəza: ölən və yaralananlar var
06 oktyabr 2013 04:31 (UTC +04:00)

Sabirabadda avtoqəza: ölən və yaralananlar var

Sabirabadda baş verən dəhşətli avtoqəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 00.45 radələrində Qazməmməd-Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində baş verib.

 

Bakı sakini 41 yaşlı Abdullayev Azər Aydın oğlunun idarə etdiyi “Hyundai Accent  markalı 90 RE 308 dövlət nömrə nişanlı avtomobil sərt döngədə böyük sürətlə yoldan çıxaraq hündürlükdən dərəyə yuvarlanıb. Avtomobil arxası üstə dərədə böyük diametrli qaz kəmərinin üzərində 7-8 metr sürüşərək çevrilib. Nəticədə avtomobilin banı sürücünü salonda sıxaraq öldürüb. Sürücünün tanınmaz halda olan meyiti avtomobildən Fövqəladə Hallar Nazirliyinin  Şirvan bölməsinin xilasediciləri tərəfindən xüsusi alətlərlə çıxarılıb.

 

Avtomobildə olan Bakı sakinləri 1979-cu il təvəllüdlü Eyvazov Seymur Cabir oğlu, 1963-cü il təvəllüdlü Əliyev Oktay İsgəndər oğlu və 1992-ci il təvəllüdlü Soltanov Salamat Namusəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, avtomobildə qəzaya uğrayan Bakı sakinləri toy şənliyindən qayıdırmışlar.  

 

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15