Sabirabadda "Qazel", Şabranda “BMW” yandı
04 sentyabr 2015 22:31 (UTC +04:00)

Sabirabadda "Qazel", Şabranda “BMW” yandı

0

Sabirabad və Şabranda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Ulacalı kəndində  vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi və ban hissəsinin üzlüyü  yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şabran rayonu, Aygünlü kəndində isə “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi və şiti yanıb. Avtomobilin qalan hissəsi  yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar