Sabirabadda 2 otaqlı, paytaxtda 4 otaqlı evdə yanğın olub
25 oktyabr 2015 04:31 (UTC +04:00)

Sabirabadda 2 otaqlı, paytaxtda 4 otaqlı evdə yanğın olub

0

Sabirabadda bə Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunda yanğın Xələfli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının qamışdan ibarət tavanı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

 

 

 

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin damına yığılmış köhnə ev əşyaları 2 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar