"Əli İnsanov qardaşının yasında iştirakdan imtina edib" - <span style="color:red;">PENİTENSİAR XİDMƏT
27 oktyabr 2015 18:39 (UTC +04:00)

"Əli İnsanov qardaşının yasında iştirakdan imtina edib" - PENİTENSİAR XİDMƏT

0

Sabiq səhiyyə naziri Əli İnsanov dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməkdən imtina edib.

 

Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Penitensiar Xidmətdən açıqlama verilib. Açıqlamada bildirilib ki, qurum Əli İnsanovun müvafiq xahişi yerinə yetirib və ona qardaşının yas mərasimində iştirak etməyə icazə verilib: “Məhkumun cəza çəkdiyi 13 saylı müəssisənin rəisi onu bu haqda məlumatlandırıb. Lakin Əli İnsanov “mən fikrimi dəyişdim, yasda iştirak etmək istəmirəm” deyərək bundan özü imtina edib”.

Xatırladaq ki, sabiq nazirin vəkili Toğrul Babayev modern.az-a açıqlamasında onun qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirakına icazə verilmədiyini bildirmişdi.

Qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar