Sabah sülhməramlılarımız Əfqanıstana gedəcəklər
30 sentyabr 2013 10:53 (UTC +04:00)

Sabah sülhməramlılarımız Əfqanıstana gedəcəklər

Oktyabrın 1-də Azərbaycan sülhməramlı kontingentinin növbəti bölməsi Əfqanıstana yola düşəcək.


 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin (İSAF) tərkibində 2014-cü ili aprel ayınadək xidmət edəcək.

 

Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.

 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327
avatar

Oxşar yazılar