Saatlıda xəstə əməliyyat zamanı öldü
11 sentyabr 2015 22:53 (UTC +04:00)

Saatlıda xəstə əməliyyat zamanı öldü

0

Saatlıda xəstə kor bağırsağından (appendiks) cərrahiyə əməliyyatı olunan zaman ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Musalı kənd sakini,  1977-ci il təvəllüdlü Məmmədov Yaşar Yusif oğlu bu gün saat 20.00 radələrində Saatlı rayon xəstəxanasında kor bağırsağından cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.

 

Yaşar Məmmədovun ölüm səbəbini aydınlaşdırmaq üçün  meyit Sabirabad rayon Məhkəmə tibbi ekspertizası və Pataloji anatomiya mərkəzinin eksperti tərəfindən müayinə olunub.

 

Ekspertizanın nəticəsi bir müddət sonra açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar