Rusiyada öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olundu
27 noyabr 2017 18:35 (UTC +04:00)

Rusiyada öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olundu

0
Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.
 
Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev APA-nın Rusiya bürosuna bildirib ki, Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.
 
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
 
H. Mustafayev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.
 
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar