Rusiyanın hüquq-mühafizə orqanları müxtəlif cinayətlərdə təqsirləndirilən 3 Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, axtarışa verilən şəxslər 56 yaşlı Dəmir Ələkbərov (qətl), 36 yaşlı Dağbəy Həsənov (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 36 yaşlı Emin Qurbanovdur (odlu silah və onun komplekt hissələrinin daşınması, əldə edilməsi).
Hər 3 şəxslə bağlı anket məlumatlar İnterpolun saytında yerləşdirilib.