Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlandı
08 may 2018 14:06 (UTC +04:00)

Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlandı

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin meyitində ürək kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.

 

Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

 

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

 

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

 

R. Talışınski evdə tək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

APA Baycan

Oxşar yazılar