Ramil Usubov əmr imzaladı: Polis rəisi işdən çıxarıldı
16 iyun 2018 17:35 (UTC +04:00)

Ramil Usubov əmr imzaladı: Polis rəisi işdən çıxarıldı

İmişli rayon Polis Şöbəsinin rəisi işdən çıxıb. Lent.az xəbər verir ki, polis polkovniki Ayaz Cəfərov daxili işər naziri Ramil Usubova raport yazaraq vəzifədən azad edilməsini xahiş edib. Raportu qəbul edən R.Usubov polis rəisinin işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

 

Hazırda İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsini əməliyyat üzrə müavin icra edir.

# 370
avatar

Nizam Rza

Oxşar yazılar