Ramil Usubov Əfqanıstan səfiri ilə görüşüb
18 aprel 2013 17:27 (UTC +04:00)

Ramil Usubov Əfqanıstan səfiri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 18-də Əfqanıstan  Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Şaker Karqarı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  görüşdə hər iki  ölkələrin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasının vacibliyini vurğulanıb. General-polkovnik Ramil Usubov ikitərəfli əlaqələrin inkişafında, o cümlədən cinayətkarlıqla birgə mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsinin aparılmasında rəhbərlik etdiyi qurumun  maraqlı olduğunu bildirib, əfqanıstanlı həmkarını daxili işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.

 

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin  qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü nəzərə çatdırılıb.

 

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Mohammed Şaker Karqar ölkəmizə gəldiyi ilk gündən burada sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə qorunmasından, respublikamızın sürətli inkişafından məmnunluğunu ifadə edib, səfir kimi fəaliyyəti müddətində dövlətlərimiz arasında əlaqələrin bütün sahələrdə inkişafına səy göstərəcəyini deyib.

                                                                                           

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar