Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı
26 oktyabr 2015 10:59 (UTC +04:00)

Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı

0

 

Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.

 

Lent.az aznews.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.

 

Elşad Məmmədov deputat Elman Məmmədovun oğludur. O, 1993-cü ildən yol polisində çalışır.

 

 

Deputat Elman Məmmədov xəbəri təsdiqləyib. O, azvision.az-a açıqlamasında deyib ki, oğlu işdən öz ərizəsi ilə çıxıb: "Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar