Yeyib-içdikdən sonra dostu tərəfindən bıçaqlandı
18 fevral 2015 00:24 (UTC +04:00)

Yeyib-içdikdən sonra dostu tərəfindən bıçaqlandı

0

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

1972-ci il təvəllüdlü Müşfiq Nəcəfov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Yaralı xəstəxanaya gətirilərkən APA-nın xəstəxanada olan əməkdaşına bildirib ki, onu dostu öz maşınında bıçaqlayıb. M. Nəcəfov dostu ilə yeyib-içdikdən sonra onun maşını ilə gedib. Ramana qəsəbəsi ərazisində dostlar arasında mübahisə yaranıb. Dostu maşındakı bıçaqla ona  baş və qarın nahiyəsindən çoxsaylı zərbələr vurub.

 

Müşfiq Nəcəfov dostunun adını açıqlamaqdan imtina edib. Hadisəni törədən şəxs isə qaçıb.

 

Hazırda yaralı əməliyyat olunur.

 

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 177

Oxşar yazılar