Qusarda taksi sürücüsünü bıçaqladılar
03 noyabr 2015 15:31 (UTC +04:00)

Qusarda taksi sürücüsünü bıçaqladılar

0

 

Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Qusar rayonunun Balaqusar kənd sakini İskəndər Hacıyev polis şöbəsinə müraciət edərək bildirib ki, noyabrın 1-də idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs Aşağı-Ləyər kəndinə gedəcəyini deyib. Mənzil başına çatdıqda aralarında ödənişlə əlaqədar baş vermiş mübahisə zəminində həmin şəxs onu bıçaqlayaraq hadisə yerini tərk edib.

 

İ.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Qusar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar