Qubada meşəlik ərazidə baş verən yanğınlar söndürülüb - <span style="color:red;">FHN
31 iyul 2018 09:05 (UTC +04:00)

Qubada meşəlik ərazidə baş verən yanğınlar söndürülüb - FHN

 

Quba rayonunun Çayqışlaq kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb. 

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub.

 

Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar