Qonşusunu kanalizasiya xəttinə görə öldürdü
21 aprel 2014 10:22 (UTC +04:00)

Qonşusunu kanalizasiya xəttinə görə öldürdü

Kürdəmir rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cənub məhəlləsi küçəsində rayon sakini, 1978-ci il təvəllüdlü Emin Zeynalov qonşusu, 1956-cı il təvəllüdlü Rəhimov Möhkəm Sirac oğlunu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisənin qonşular arasında kanalizasiya xətti üstündə yaranmış mübahisə zəminində baş verdiyi bildirilir. E. Zeynalov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3106
avatar

Nizam Rza

Oxşar yazılar