Bakı-Şamaxı yolunda dəhşətli qəza: <span style="color:red;">1 ölü, 5 yaralı
19 mart 2014 09:46 (UTC +04:00)

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 1 ölü, 5 yaralı

Martın 19-na keçən gecə Bakı-Şamaxı magistralının Qobustan rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, “VAZ 21015”, “Ford” markalı minik avtomobilləri və “Mercedes” markalı yük maşını toqquşub. Qəza nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılardan biri xəstəxanaya aparılarkən keçinib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.

 

 

 

 

*****

 

 

03:10

 

 

Qobustan rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Şamaxı yolunun 87-ci kilometrliyində "VAZ" və "Ford" markalı iki minik avtomobilləri toqquşub. Uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadis nəticəsində "VAZ" markalı avtomobildə olan 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobilin sürücüsünü  xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Nizam Rza

Oxşar yazılar