Qısqanc qardaş ofisiant bacısını kafedə öldürdü - <span style="color:red;">YENİLƏNİB
10 fevral 2014 10:36 (UTC +04:00)

Qısqanc qardaş ofisiant bacısını kafedə öldürdü - YENİLƏNİB

Gəncə şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 8-də saat 12:00 radələrində şəhərdəki çay evində 20 yaşlı Aytac Əziminin qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Həmin gün kafeyə gələn ofisiant qızın kiçik qardaşı, 1996-cı il təvəllüdlü Qədimov Ülfət Mehman oğlu bacısına bıçaqla çoxsaylı zərbələr endirib. Xəstəxanaya aparılan A.Əziminin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3508
avatar

Nizam Rza

Oxşar yazılar