Bir ailənin dəhşəti: ər öldü, arvadı öldürüldü<span style="color:red;"> - TƏFƏRRÜAT
28 aprel 2014 19:00 (UTC +04:00)

Bir ailənin dəhşəti: ər öldü, arvadı öldürüldü - TƏFƏRRÜAT

Hacıqabul rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Hacıqabul şəhər sakini, 1976-cı il təvəllüdlü Elbrus Məmmədov qardaşının həyat yoldaşı, 1977-ci ildə anadan olmuş Mahirə Məmmədovanı qısqanclıq zəminində öldürüb. Bildirilir ki, M.Məmmədovanın həyat yoldaşı bir neçə il əvvəl xəstəlikdən dünyasını dəyişib. Bundan sonra qadın iki övladı ilə ərinin evində yaşamağa davam edib. Hadisə baş verən gün isə E.Məmmədov mərhum qardaşının arvadının evinin pəncərəsindən bir nəfərlə söhbət etdiyini görüb. E.Məmmədov bildirib ki, M.Məmmədova ilə söhbət edən şəxs onu görər-görməz qaçıb. O isə qardaşının evinə gəlib. Mətbəx otağında Mahirə ilə mübahisə edən 38 yaşlı E.Məmmədov onu bıçaqlayaraq öldürüb.

 

Hadisə vaxtı M.Məmmədovanın uşaqları yuxarı mərtəbədə olub. Atalarını itirmiş uşaqlar bundan sonrakı həyatlarını anasız davam etdirməli olacaqlar.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətmiş Elbrus Məmmədov Rusiyada məhkumluq həyatı yaşayıb. O, narkotik vasitə aludəçisidir.

 

 

*****

 

26.04.2014 / 13:09

 

 

Qısqanc kişi qohumunu qətlə yetirdi

 

Hacıqabulda qətl hadisəsi törədilib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Aprelin 26-da rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Məmmədov yaşadığı evdə qısqanclıq zəminində qohumu Mahirə Məmmədovanı bıçaqla qətlə yetirib.

 

E.Məmmədov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12341
avatar

Nizam Rza

Oxşar yazılar