Qışlaqda Azərbaycan vətəndaşlarını zorla işlədiblər
28 may 2015 10:13 (UTC +04:00)

Qışlaqda Azərbaycan vətəndaşlarını zorla işlədiblər

Azərbaycanda bir neçə nəfərin məcburi əməyə cəlb edilməsi faktı aşkarlanıb. Lent.az-ın məlumatına görə, mayın 26-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231

Oxşar yazılar