Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Qorxmaz Eyvazov
01 aprel 2013 14:01 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Qorxmaz Eyvazov

0

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir. 

 

Qəhrəmanlar unudulmur!

 

1 aprel Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun doğum günüdür. Qorxmaz Eyvazovun doğum günüdür. Qorxmaz Abış oğlu Eyvazov 1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində anadan olub. O, polis nəfəri kimi bir çox döyüşlərdə iştirak edib, Qazdərəsi, Suarası, Mazutlu kəndlərindəki döyüşlərdə xüsusi fərqlənib, Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun bacarığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi yaxınlığında gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edir, lakin özü də həlak olur. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonu Güləbird xəstəxanası onun adını daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1382

Oxşar yazılar