Qəbələdə dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent. az-a verilən məlumata görə, Nic qəsəbə sakini, 1956-ci il təvəllüdlü Qəribov Vaqif Allahverən oğlu yaşadığı ünvanda özünü güllələyərək intihar edib. V. Qəribov ov tüfəngi ilə özünə atəş açıb. O hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.