Qazaxıstan, Türkiyə və Qırğızıstan prezidentləri Bakıya gələcək - YENİLƏNİB
12 avqust 2013 12:11 (UTC +04:00)

Qazaxıstan, Türkiyə və Qırğızıstan prezidentləri Bakıya gələcək - YENİLƏNİB

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb. 

 

Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül və Almazbek Atambayev də sammitdə iştirak edəcəklər. A. Gülün Azərbaycana avqustun 14-də, A. Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.

 

Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar