Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları qayınatasının evindən oğurluq edən şəxsi saxlayıb.
Lent.az-ın məlumatına görə, 24 yaşlı Verdiyev Fuad Yaşar oğlu qayınatasının evinə girərək seyfdən qızıl-zinət əşyalarını oğurlayaraq qaçıb.
Polis əməkdaşları tez bir zamanda Yaşar Verdiyevi saxlayıb. İlkin dindirilmə zamanı o, qızılları sataraq 274 manat əldə etdiyini və borclarını qaytarmaq üçün xərclədiyini bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Fərahim Qasımov