Binəqədi rayonu M.Ələkbərov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarət yetirib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşını bıçaqlayan şəxs ötən gün tutulub.
Faktla bağlı araşdırmalar aparılır.