Bakıda uşağın gözü önündə ata-anasının qanını tökdülər - YENİLƏNİB
17 mart 2014 17:20 (UTC +04:00)

Bakıda uşağın gözü önündə ata-anasının qanını tökdülər - YENİLƏNİB

Martın 17-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Salatın Əsgərova küçəsi 24 ünvanında 64 yaşlı Tahir Əliyev qardaşı oğlu İlham Əliyevi mübahisə zəminində qətlə yetirib. Bildirilir ki, axşam saatlarında sərxoş vəziyyətdə olan T.Əliyev evinə su gəlmədiyini görüb və qapıbir qonşusu olan qardaşı oğlunu çağırıb. O 50 yaşlı İ.Əliyevə deyib ki, su motorunu söndürsün. Lakin həyətdə işləyən motor İ.Əliyevə deyil, digər qonşuya məxsus olub. İ.Əliyev nə qədər çalışsa da, sərxoş əmisini su məsələsində başa sala bilməyib və mübahisə yaranıb. Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən T.Əliyev qardaşı oğlunu və onun arvadı, 42 yaşlı Kəklik Əliyevanı bıçaqlayıb. İ.Əliyev xəstəxanaya aparılarkən keçinib.

 

Lent.az-ın məlumatına görə, bütün bu hadisələr, ər və arvadının yaxın qohumları tərəfindən bıçaqlanması onların 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

*****

 

13:09

 

 

Bakıda ər və arvad bıçaqlanıb.Lent.az-ın məlumatına görə, 1950-ci il təvəllüdlü Tahir Əliyev münaqişə zəminində qardaşı oğlu, 1960-cı il təvəllüdlü İlham Əliyev və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Kəklik Əliyevaya bıçaqla xəsarət yetirib. İ.Əliyev xəstəxanaya aparılarkən yolda keçinib, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

 

T.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6473

Oxşar yazılar