Qardaşı oğlu ilə birlikdə eyvandan yıxıldı
0
0
3 yaşlı uşaq otelin eyvanında oynayarkən ehtiyyatsızlıqdan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən otelərin birində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini‚ 3 yaşlı Əli Mehralıyev otelin 3-cü mərtəbəsindəki eyvanda oynayarkən ehtiyatsızlıq səbəbindən yıxılıb. Bu zaman əmisi‚ 40 yaşlı Aydın Mehralıyev onu tutmaq istəyərkən, o da yıxılıb. Hər ikisi xəstəxanaya yerləşdirlib.
Xəsətəxanadan bildirlib ki, uşağa başının sağ nahiyəsinə yumşaq toxuma sıyrığı‚ əmisinə isə açıq kəllə beyin travması, beyin qanaxması və sol tərəfin çox saylı qabırğalarının sınığı diaqonuzu qoyulub. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bidirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
0
0