Qaradağda üç qardaş ər və arvadı döyüblər
06 sentyabr 2015 06:33 (UTC +04:00)

Qaradağda üç qardaş ər və arvadı döyüblər

0

Qaradağda üç qardaş birlikdə ər və arvadı döyüblər.

 

Musavat.com xəbər verir ki, rayonun Qızıldaş qəsəbəsində 3 qardaş yolda ər və arvadı döyüblər. Qadın əl və ayağından bıçaq zərbələri alıb.

 

Hadisəni törədənlər qəsəbə sakinləri Mehman, Rövşən və Rəhman Alıyev qardaşları olub.

 

Onlar xuliqanlıq zəminində 1979-cu il təvəllüdlü Şəadət Mahmudovu və onun arvadı 1986-cı il təvəllüdlü Ülkər İldırımı döyüblər. Onlar Ü.İldırımı əl və ayağından bıçaqla vurublar. Hadisə nəticəsində ər və arvad xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən qardaşlar saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar