İyulun 1-nə keçən gecə Bakı şəhərinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Müşfiqabad-Qızıldaş yolunda Sabunçu rayon sakini 1990-cı il təvəllüdlü Abıyev Mehdi Teymuraz oğlunun idarə etdiyi “Kia” markalı avtomobil aşıb.
Nəticədə sürücü özü və sərnişini Validə Cümşüdova xəstəxanaya yerləşdirilib, digər sərnişin Aybəniz Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla əlaqədar araşdırmalar aparılır.