Bu gün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidməti və Bakı Sərnişin Nəqliyyatı İdarəsi Lökbatan qəsəbəsi ərazisində növbəti reyd keçirib. Lent.az-ın məlumatına görə, reydlər qanunsuz sərnişin daşıyan avtobus, kateqoriyasız sürücülük vəsiqəsi olan, beynəlxalq sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edən sürücülərə qarşı keçirilib.
Reydlər 1 ay müddətində davam edəcək.