Bakıda istintaq təcridxanasında saxlanılan məhbus özünü asıb. Lent.az-ın məlumatına görə, Sabunçu rayon Kürdəxanı qəsəbəsində yerləşən təcridxananın 7-ci korpusunda Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə) və 244.2.2 (qumarxana təşkil etmə) maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilən 32 yaşlı Vəliyev Vamiq İltizam oğlu özünü asıb. Məhbus özünü mələfə ilə dəmir barmaqlıqdan asıb. Təcridxana əməkdaşları onun intihar etdiyini görüblər və V.Vəliyevi xilas edərək tibb məntəqəsinə aparıblar.
Qeyd edək ki, Vamiq Vəliyev Sabirabad rayon sakinidir. Onun adı bir sıra qalmaqallarda hallandırılır. Bir müddət əvvəl V.Vəliyevin atası oğlunun işi ilə bağlı KİV-ə müraciət də edib.