Qadını öldürərək yandıran "ZEK"in işindən <span style="color:red;">YENİ XƏBƏR
24 fevral 2015 14:07 (UTC +04:00)

Qadını öldürərək yandıran "ZEK"in işindən YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqı başa çatdırılıb. Söz dövlət ittihamçısana verilib. O çıxışa hazır olmadığından məhkəmə prosesi martın 3-nə təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyulun 26-da baş verib. Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

 

Araşdırmalar zamanı Məlahət Rəsulovanın qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Səlcuq Elçin

Oxşar yazılar