Prezident Qəbələdədir
14 avqust 2013 15:53 (UTC +04:00)

Prezident Qəbələdədir

Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna  gedib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Qəbələ şəhərindəki parkda Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.

Prezident  Qəbələyə səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar