Dövlət başçısı İlham Əliyev paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
sərəncamla Azərbaycanın aşağıdakı Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilib:
İbrahimov Ramin İbrahim oğlu
Pronina Natali Aleksandrovna
Sultanova Afaq Vaqif qızı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşıırılıb.