Prezident əlcəzairli həmkarını təbrik etdi
31 oktyabr 2015 17:03 (UTC +04:00)

Prezident əlcəzairli həmkarını təbrik etdi

0
Prezident İlham Əliyev  Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikanı təbrik edib.
 
 
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
 
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar