Şirvan şəhərində oğurluğa cəhd edən şəxs tutulub. Lent.azın Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, gecə saatlarında Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları F.Eynullayev küçəsində yerləşən “Kamal” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayıb.
Bu zaman obyektin dam örtüyünü sökərək oğurluq məqsədi ilə içəri daxil olmuş, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynalov İlham Gülağa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.