Bakı Şəhər Baş Polis İdarəsi prodüserin qarət olunması faktı ilə bağı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, aprelin 10-da naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.
Qeyd edək ki, S.Məmmədova tanınmış prodüserlərdən biridir.