Danimarka paytaxtı Kopenhagendə kafeyə hücum edən silahlı şəxs zərərsizləşdirilib. Lent.az-ın məlumatına görə, kafeyə və sinaqoqa silahlı basqın edən şəxsin izinə düşən əməliyyatçılar dəmir yolu stansiyası yaxınlığında onu yaxalayıb. Bu zaman atışma baş verib və təhlükəli cinayətkar yaralı halda ələ keçib.
Qeyd edək ki, dünən Danimarkanın paytaxtında iki silahlı hücum baş verib. Mərkəzdəki "Krudttoenden" adlı caz kafeyə təşkil edilən hücumda 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Bundan bir neçə saat sonra sinaqoqa silahlı hücum olub. Hər iki hadisə zamanı silahlı şəxs gizlənə bilib. Olaylar arasında bağlılığın olduğu güman edilir.