Piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır
11 avqust 2019 00:39 (UTC +04:00)

Piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır

0

 

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Yeni Yasamal yaşayış massivində paytaxt sakini 1986-cı il təvəllüdlü Yusifova Rəfiqə Həmidağa qızını avtomobil vurub. Yaralı çanaq sümüklərinin sınığı və qapalı kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar