Pəncərədən qadının evinə daxil oldu, cinayət törətdi
28 fevral 2014 11:07 (UTC +04:00)

Pəncərədən qadının evinə daxil oldu, cinayət törətdi

Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 20 dekabr 2013-cü il tarixdə naməlum şəxs Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yaşayan Dürdanə Museyibovanın mənzilinə pəncərəni sındıraraq daxil olmuş, mətbəxdən götürdüyü bıçaqla onu hədələyərək 1000 manat  pulunu və mobil telefonunu götürüb. Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 1-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Vüsal Əkbərov yaxalanıb.

 

Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Nizam Rza

Oxşar yazılar