Pedaqoji universitetdə tələbələrin keçirdiyi aksiya yekunlaşıb - FOTO - YENİLƏNİB
Bu gün Azərbaycan Pedoqoji Unoversitetinin əsas korpusunda tələbələrin keçirdiyi aksiya yekunlaşıb. Lent.az-ın məlumatına görə, universitetin həyətində tələbələrin qarşısına çıxan rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Məsələ ilə bağlı Təhsil Nazirliyinin qərar verəcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq.
Daha sonra tələbələr dağılışıb və aksiya yekunlaşıb.
****
14:44
Bu gün Azərbaycan Pedaqoji Universitetində tələbələrin keçirdiyi aksiya ilə bağlı təcili iclas keçirilir.Lent.az-ın məlumatına görə, iclas universitetin akt zalında keçirilir. Toplantıda təhsil ocağının rəhbərliyi, müəllimlər və tələbələr iştirak edirlər.
Hazırda zalda toplantı davam etdirilir. Universitet rəhbərliyi tələbələrin narazılığının səbəbini araşdırır. Tələbələr ikipilləli imtahan sistemini, həm yazılı, həm də test imtahanlarını qəbul etmədiklərini bildirirlər. Tələbələr birpilləli imtahan sisteminin bərpasını tələb edirlər.
*****
14:32
Azərbaycan Dövlər Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirilər.
Hadisə yerində olan gənclərin qaynar.info-ya verdiyi məlumata görə, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər.
Hazırda mindən çox tələbə aksiyaya qoşulub.