Pambıq yığan kombayn qaz xəttini qırdı
Tərtər rayonu, Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.
Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.
Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.
828