Azərbaycanda qocaman dövlət qulluqçusu dünyasını dəyişib.
Lent.az-ın "Report"-a istinadən məlumatına görə, Prezident Administrasiyasının (PA) dövlət nəzarəti şöbəsinin keçmiş müdiri Salman Cəfərov vəfat edib.Qeyd edək ki, S.Cəfərov şöbə müdiri olan vaxtlarda indiki PA-nın adı Prezidentin İcra Aparatı idi.
Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə S.Cəfərovu "Şöhrət" ordeni ilə təltif edib.