Bakıda özünü yandıran qız öldü - <span style="color:red;">YENİLƏNİB
04 fevral 2014 10:07 (UTC +04:00)

Bakıda özünü yandıran qız öldü - YENİLƏNİB

Yanvarın 30-da Bakıda üzərinə benzin tökərək özünü yandıran qız xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, 5 saylı şəhər xəstəxanasında müalicə olunan 1990-cı il təvəllüdlü Bayramlı Məlakə İntiqam qızı gecə saatlarında dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

 

 

*****

 

02.02.2014 / 14:10

 

Bakıda üç gün əvvəl 24 yaşlı qızın özünü yandırmasında günahkar bilinən şəxs tutulub. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, həmin iş üzrə cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.. Qeyd edək ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir. Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, M. Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar. Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M. Bayramlı Ə. Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M. Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə. Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib. M. Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M. Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib. Eyni zamanda M. Bayramlının Ə. Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Ə. Həbibli M. Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M. Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib. Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14338
avatar

Nizam Rza

Oxşar yazılar