Yanvarın 30-da Bakıda üzərinə benzin tökərək özünü yandıran qızın anası Lent.az-a açıqlama verib. İntihar edən Məlakə Bayramlının anası Sədaqət Bayramlı bildirib ki, onun qızını Əli Həbibi adlı şəxs intihar həddinə çatdırıb: “Qızıma Günay adlı bir qız zəng edərək demişdi ki, bəs Əli mənim nişanlımdı. 17 yaşı olanda o qıza da təcavüz edib. İndi də səni qaçırıb, bədbəxt edib”.
S.Bayramlı bildirib ki, qızına gələn zəngdən və Əli Həbibinin əməllərindən agah olandan sonra prokurorluğa gedib və qızını qaçırmış şəxsdən şikayət edib: “Sonra atası gəldi və Qurana əl basdı ki, yalandı, elə şey olmayıb. Qızıma nişan gətirdilər. Daha sonra isə qızım Bakıda ali məktəbə qəbul oldu və Bakıya köçdük”.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Hadisədə adı hallandırılan Ə.Həbibi həbs edilib.