Ötən gün Azərbaycanda 80 cinayət törədilib
12 fevral 2015 13:58 (UTC +04:00)

Ötən gün Azərbaycanda 80 cinayət törədilib

Ötən gün ərzində 80 cinayət faktı qeydə alınıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən cinayətin 43-nün üstü “isti izlər”lə açılıb. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Dünən respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 45 nəfər tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89
avatar

Oxşar yazılar