Ömürlük məhkum: “Azyaşlı qızımı zorlayıblar” - İDDİA
11 iyun 2013 12:06 (UTC +04:00)

Ömürlük məhkum: “Azyaşlı qızımı zorlayıblar” - İDDİA

2007-ci ildə qayınatasını və qaynını öldürən, daha 5 qohumuna isə ağır xəsarət yetirən şəxs həbsxanadan hüquq-mühafizə orqanlarına müraciət edib. Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilmiş 1970-ci il təvəllüdlü H.Z azyaşlı qızının zorlanması barədə məlumat verib.

 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2 yaxın qohumunu qətlə yetirən və 5 qohumunu isə ağır yaralayan şəxs qızı H.K-nın Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbəsi Hüseynov küçəsi döngə 2, ev 2,. mənzil 18 ünvanında zorla cinsi əlaqəyə məcbur edildiyini qeyd edib. O bildirib ki, qızını Ümid adlı şəxs zorlayıb.

 

Hazırda H.Z-nın müraciəti aidiyyatı üzrə Binəqədi rayon hüquq-mühafizə orqanlarında araşdırılır.

 

Qeyd edək ki, müraciəti ünvanlayan 43 yaşlı H.Z Azərbaycan Respublikası CM-nın 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 29,120.2.3, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 29,120.2.9, 29,120.2.10, 126.1, 133.1, 134, 315.1-ci maddələri və 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-nın 15,94-cü maddəsinin 6,8-ci bəndləri ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 02.10.2009-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5961
avatar

Nizam Rza

Oxşar yazılar