Son iki gündə Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməyib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 2-də Respublika ərazisində 6 yol qəzası qeydə alınıb. Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fevralın 2-də isə baş vermiş 3 hadisə 5 nəfərin yaralanmasına səbəb olub.
Qeyd edək ki, hər il Azərbaycanda 1000 nəfərdən çox insan yol qəzalarının qurbanı olur.